Prezidentdən sərt mesaj: “Tramp bizə tarif tətbiq edə bilməz”


Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin ABŞ prezidenti Donald Trampın tarif təhdidləri qarşısında əvvəlki kimi Vaşinqtondan asılı olmadığını və digər dünya dövlətləri ilə iqtisadi əlaqələrini gücləndirdiyini bəyan edib.

Turkustan.az xəbər verir ki, Brasil247 saytının məlumatına görə, Lula da Silva milli tədbirdəki çıxışında Braziliyanın ifrat sağçı keçmiş prezidenti Jair Bolsonaroya qarşı işin dayandırılmaması halında Trampın ölkəyə tətbiq edəcəyi rüsumları dəyərləndirib.

Braziliyanın bir çox başqa dövlətlərlə ticarət əlaqələri qurduğunu qeyd edən Lula da Silva ölkəsinin inkişaf etmək və dünya səhnəsində mövqe tutmaq üçün ABŞ-dan “əvvəlki kimi asılı olmadığını” söylədi.

Lula da Silva vurğulayıb ki, Braziliyaya vergi qoyulması üçün siyasi məsələlərdən bəraət qazandırmaq yolverilməzdir.

Lula da Silva ABŞ-ın ölkədə çevriliş etdiyini unutmadığını və şərtlər bərabər olarsa dialoq qurmağa hazır olduqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ