Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı


Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində məğlubiyyətdən sonra siyasətdən, partiya sədrliyindən gedəcəyini açıqlayan Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn partiyanın qərarı ilə yenidən sədrlikdə qaldığını bildirib.

Pənah Hüseyn Teleqraf.com-a açıqlamasında fərqli bir siyasi yol seçəcəklərini açıqlayıb.

“Son seçki prosesi və ondan sonrakı dövr ciddi analiz ediləcək. Ümumiyyətlə, sonuncu növbədənkənar parlament seçkiləri keyfiyyətcə yeni bir məhələdir. Bu baxımdan alternativ qüvvələr üçün də fərqli yanaşma tələb edilir”, - deyə o əlavə edib.

Partiya sədri hesab edir ki, indi strateji görünən məsələlər situativ xarakter daşıyır: “Ona görə də, proseslərə şablon yanaşmaq doğru olmaz. Bu qeyri-iqtidar qüvvələri ilə yanaşı iqtidarın özünə də aiddir. Seçkiyə qədər olan kurs və yarana biləcək vəziyyətlə onun dəyişməsi istisna edilmir. Partiya mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın strateji maraqlarına uyğun vətənpərvər, milli düşüncəyə sahib, demokratik təfəkkürə malik olan insanların birgə fəaliyyətinə nail olmaq əsas hədəfdir”.


MANŞET XƏBƏRLƏRİ