Paşinyan konstitusiyanın dəyişdirilməsini iki il təxirə salır – İrəvan sülh istəmir?


Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin sonuna kimi yeni konstitusiya layihəsinin hazırlanması barədə tapşırıq verdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd olunur ki, Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı davam edən tələbi fonunda bu qərarı verib: “Qərardan əvvəl 2022-ci ildə yaradılan Konstitusiya İslahatları Şurası konstitusiya dəyişiklikləri layihəsi hazırlayırdı. Konsepsiyanın ilkin variantı 2024-cü ilin yanvarında hökumətə göndərilib. İndi Paşinyan yeni konstitusiya layihəsinin hazırlanmasını tapşırıb. Qərarda “Konstitusiyaya dəyişiklikləri” əvəzinə “yeni konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub”.

Qeyd edək ki, 2026-ı ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək. Görünür, N.Paşinyan yeni konstitusiyanı ancaq bu seçkilərdə qələbə qazandıqdan sonra keçirmək niyyətindədir.

O, “Tavuş hərəkatı”nın yaratdığı problemlərdən dolayı öz hakimiyyətini təhlükə altına atmaq niyyətində deyil.

Bu da Ermənistan hakimiyyəti sülh sazişi ilə bağlı fikirlərində səmimi olmadığını sübut edir. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ