"İran-İsrail Münaqişəsində Türkiyənin rolu: Güney Azərbaycan Türklərini Qoruması və Regional sabitliyi təmin etmək"


İran-İsrail münaqişəsi ehtimalı, Türkiyənin bölgədəki coğrafi mövqeyini təsirləyərkən, Türkiyənin öz milli maraqları, regional istiqrar və İran-da etnik kökəni Türk olan qrupların (Güney Azərbaycan, Qaşqaçay yurdu, Türkmensehra Türkləri) haqlarını qoruma kimi məsələləri də nəzərə almalıyıq.

Türkiyə, münaqişə halında tərəfsiz qalaraq bölgədəki istiqrarı təmin etmək və milli təhlükəsizliyini qorumaqla məsuldur. Amma eyni zamanda, Türkiyənin Güney Azərbaycan'dakı Türk əhaliyini qoruma və dəstəkləmə məsuliyyəti də var.

Bu çərçivədə, Türkiyənin diplomatik səyləri ilə bölgədəki gərginliyi azaltmaq və Güney Azərbaycan Türklərinin haqlarını müdafiə etməyə mərkəzləşməsi vacibdir. Türkiyənin, Güney Azərbaycan'dakı Türk əhaliyini dəstəkləyərək, etnik kökəni Türk olan qrupların haqlarını və mədəni kimliklərini qorumağa dair səylərini artırması önəmlidir. Bu səylər, Türkiyənin bölgədəki istiqrarı təmin etmə səyləri ilə eyni sıradan aparılmalıdır.

Əlavə olaraq, Türkiyənin beynəlxalq arenada fəal bir rol oynayaraq, bölgədə davamlı və sülh yolu ilə həll yolları tapmaqda liderlik etməsi də lazımdır.

Türkiyənin, İran-İsrail arasında münaqişə halında regional gərginliyi azaltmaq və bölgə ölkələri arasında dialoqu təşviq etmək üçün səylərini artırması vacibdir. Beləliklə, Türkiyə, bölgədəki istiqrarı təmin etmək və Türk dünyasının birləşməsi yönündə vacib bir addım atmış olacaq.

Unutmayaq ki İsrail, Filistin əhaliyə zülm edərkən, İran rejimi də Fars olmayan qruplara, xüsusilə Güney Azərbaycan Türkləri kimi böyük bir əhaliyə baskı tətbiq edir. Bu halda Türkiyənin, Güney Azərbaycan'dakı qardaşlarını qorumaq və bölgədəki Türk dünyasının birləşməsini düşünməsi vacibdir.

Əlavə olaraq, İranı Müsəlman bir ölkə və hökümət kimi görmək, bilmək istəyənlərə də bir neçə cümlə yazacağam:

Tehran rejimi, İslamla əlaqəli olmayan bir planı ortaya qoyur. İran Farsçı rejiminin əsas məqsədləri, qrupları bir-birilə münaqişəyə sürükləyərək və onların parçalanmasından məmnun olmaqdır. Məsələn, Azərbaycan Türkləri ilə ermənilər; Türkiyə Türkləri ilə kürdlər; Filistində ərəblər ilə İsrail yəhudilərini münaqişəyə sürükləmək kimi.

İran'ın, Azərbaycan Respublikası və ya İsrail ilə münaqişəyə girəcək kapasitesi olmasına baxmayaraq, belə bir münaqişəyə qatılmak istəmirlər. Əsas məsələləri, İran daxilindəki millətlərin azadlıq mübarizəsi məsələləridir. İran'da yaşayan və əziyyət çəkən Fars olmayan millətlər arasındakı münaqişə, İranı ən çox qorxutan məsələlərdən biridir.

İranın İslam dünyası ilə əlaqəsi olmadığı açıqdır. Əgər belə olsaydı, Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməzlərdi. Uygur Müsəlman Türklərinə Çinin işlədiyi zülmə susmayardılar, onlarla yaxın əlaqələrə girmezlərdi. Ondan başqa, Hindistandakı müsəlmanlara qarşı işlənilən zülmə susmayardılar və Hindistanla qardaşlıqlarını davam etdirməzlerdi.

İranın İslam dünyası ilə əlaqəsi olmadığı kimi, münaqişə və baskı siyasətləride fərqlənir. Türkiyənin bu hakikatları nəzərə alaraq bölgədəki rolunu təyin etməsi, regional istiqrarın və Türk dünyasının birləşməsinin təmin edilməsi məqsədilə əhəmiyyətli bir addımı təşkil edir.

Jurnalist, Yazar Mesut HARAY


MANŞET XƏBƏRLƏRİ