Pentaqon quru əməliyyatına hazırlaşır: Plan Trampın masasında


"Washington Post" qəzeti İran müharibəsi ilə bağlı sensassiyalı məlumat paylaşıb.

Qəzet yazır ki, Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatlara hazırlaşır.

Turkustan.az xəbər verir ki, rəsmilərin bildirdiyi plana əsasən, xüsusi təyinatlı qüvvələr və adi piyadaların hücumu gözlənilir. Hələlik Prezident Donald Trampın bu planlardan hər hansı birini təsdiqləyib-təsdiqləməyəcəyi bəlli deyil.

"Tramp administrasiyası İrandakı müharibənin beşinci həftəsinə qədəm qoyduğu bir vaxtda ABŞ dəniz piyadalarını Yaxın Şərqə göndərib. Eləcə də ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasından minlərlə əsgəri bölgəyə göndərməyi planlaşdırır",- deyə nəşr yazır.

Hər iki planla bağlı qərar yaxın zamanda qəbul edilə bilər. Onların hər ikisinin tərəfdarları kimi, əleyhdarları da var. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ