Qazaxıstan prezidentinin Azərbayacana səfəri ikitərəfli əlaqələrə nə qazandırır?-Millət vəkili AÇIQLADI


"Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfəri tarixi əhəmiyyət daşıyır. Prezident Tokayevin geniş tərkibli nümayəndə heyəti ilə səfəri çərçivəsində dövlətlərarası Ali Şuranın ilk iclasının keçirilməsi iki dövlət arasında imzalanmış Müttəfiqlik bəyannaməsinə sadiqliyin göstəricisidir. Qazaxıstan prezidenti öz rəsmi səfərini iki qardaş ölkə arasında əməkdaşlığın və müttəfiqlik münasibətlərinin imkişaf etdirilməsində mühüm addım kimi qiymətləndirdi"

Bu sözləri Moderator.az-a açıqlamasında Millət vəkili Cavanşir Feyziyev bildirib. O, qeyd edib ki, prezident Tokayev ərazi bütpvlüyümüzün və suverenliyimizin tam bərpası münasibətilə Azərbaycan Prezidentinə və xalqına öz təbriklərini ifadə edib və Azərbaycanın bu tarixi qələbəsinə qazax xalqının ürəkdən sevindiyini bildirib:

"O həmçinin bu qələbəni nəinki Azərbaycan tarixinin, eləcə də dünya tarixinin unudulmaz səhifəsi adlandırdı. Dövlətlərarası Ali Şuranın iclasında ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə önəmli məsələlər müzakirə olundu və müqavilələr imzalandı. Beynəlxalq təşkilatlar çərçivəsində və ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığən daha da dərinləşditilməsinin vacibliyi vurğulandı. Qərb istiqamətində Azırbaycan-Türkiyə və Şərq istiqamətində Azərbaycan - Qazaxıstan müttəfiqliyi regional əhəmiyyəti etibarilə bütün türk dünyasını əhatə edən pozitiv siyasi təsir dalğası yaradır. Ankara -Bakı - Astana oxu ətrafında digər türk dövlətlərinin də daha geniş əməkdaşlıq sferasına daxil olması bütövlükdə türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə təkan verir. Dövlətlərimiz arasında getdikcə intensivləşən təmaslar zamanı əldə olunan razılaşmaların uğurlu şəkildə həyata keçirilməsi Türk Dövlətləri Təşkilatının da möhkəmlənməsinə və beynəlxalq siyasət müstəvisində daha çox təsir gücü qazanmasına səbəb olacaq. Türk respublikalarının vahid geopolitik region çərçivəsində yenidən şəkillənməsi nəticə etibarilə bütövlükdə Avrasiyada sülhün və təhlükəsizliyin təmin olunmasına böyük töhfə verəcək".

Millət vəkili qeyd etdi ki, Qarabağın işğaldan azad olunması türk dövlətləri arasında inteqrasiya proseslərini ləngidən ən böyük problemlərdən birinin aradan qaldırılması demək idi:

"Bu missiya Azərbaycan tərəfindən uğurla həyata keçirildi və böyük zəfərlə başa çatdırıldı. Bu tarixi qələbənin əldə olunmasında qardaş Türkiyənin göstərdiyi siyasi- mənəvi dəstək əvəzsiz rol oynadı. Qələbəmiz dünyanın bütün türk xalqları tərəfindən böyük coşqu ilə qarşılandı. Bütün türk dövlətlərinin rəhbərləri tərəfindən Azərbaycan Prezidentinə və xalqına ünvanlanmış təbriklər və azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasına dəstək təşəbbüsləri xalqlarımız arasında qardaşlıq münasibətlərinin ən parlaq təzahürüdür. Türkiyə Respublikası bu gün də azad olunmuş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış yaşayış məntəqələrimizin bərpa olunması işlərində Azərbaycana yaxından köməklik göstərir. Ölkəmizdə səfərdə olan Qazaxıstan prezidenti Tokayevin iştirakı ilə bu gün Füzuli rayonunda açılşı baş tutan Qurmanqazi adına Gənclər Yaradıcılıq Mərkəzi də Qarabağa dəstək aksiyasının gözəl nümunəsidir. Belə təşəbbüslərin sayı az deyil. Daha öncə qardaş Özbəkistan tərəfindən Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olmuşdu. Əminəm ki, gələcəkdə də çox belə layihələrin şahidi olacağıq".


MANŞET XƏBƏRLƏRİ