ABŞ-ın UC Merced Universitetinin tədqiqatçıları hüceyrələrdə protein istehsalını idarə edən OTUD6 adlı zülalın xərçəng və yaşlanmaya əhəmiyyətli təsir göstərə biləcəyini aşkar ediblər. Meyvə milçəkləri ilə aparılan araşdırmalardan sonra OTUD6 mutasiyasına malik milçəklər adi milçəklərdən iki dəfə çox yaşayıblar.
Turkustan.az xəbər verir ki, UC Merced Molekulyar və Hüceyrə Biologiyası Departamentinin professoru Fred Wolf və komandasının rəhbərlik etdiyi bu araşdırma, hüceyrələrin RNT-nin proteinə çevrilməsi prosesini necə tənzimlədiyini ortaya qoyur.
"Bu mexanizm stress, xərçəng və qocalma zamanı protein istehsalındakı dəyişikliklərdən məsul ola bilər" dedi Wolf.
Wolf və komandası meyvə milçəklərindən istifadə edərək OTUD6 zülalının funksiyasını araşdırıb. Meyvə milçəkləri genetik quruluşu asanlıqla dəyişdirilə bilən və tez çoxalda bilən model bir orqanizm olduqları üçün bu cür tədqiqatlarda tez-tez üstünlük verilir.
Tədqiqatın aparıcı müəllifi Sammy Villanın töhfələri ilə OTUD6-nın hüceyrələrdə zülal istehsalını yüzdə 50 azaltdığı aşkar edilmişdir.
Ömrün uzadılması və xərçəng araşdırması üçün yeni bir yol
Wolf, "OTUD6-nın hüceyrələrdə istehsal olunan zülalın miqdarına bu qədər təsir etdiyini görəndə təəccübləndik" dedi. Protein istehsalının azaldılması heyvanların ömrünü uzadır. “OTUD6 mutasiyasına malik olan milçəklər adi milçəklərdən iki dəfə çox yaşayıblar”, o əlavə edib.
Tədqiqatçılar OTUD6 zülalının xərçəng hüceyrələrinin böyüməsinə mümkün təsirlərini də araşdırırlar.
Məlumdur ki, OTUD6-nın bəzi növləri insanlarda xərçənglərdə daha yüksək səviyyədə olur.
Protein istehsalının artması xərçəng hüceyrələrinin böyüməsinə kömək edə bilər. Bununla belə, tədqiqatçılar bu mövzuda hələ də birbaşa dəlil tapmadıqlarını vurğulayırlar.
Bu yeni kəşf zülal istehsalına nəzarət etməyin üçüncü yolunu ortaya qoyur. Wolf və komandası hüceyrələrin OTUD6 miqdarını necə tənzimlədiyini araşdırmağa davam edir.
Bu tədqiqat ömrü uzatmaq və xərçəng müalicələrinə yeni yanaşmalar inkişaf etdirmək vəd edir.
Tədqiqat insanlar üzərində effektiv olarsa, 80 il olan insanın orta ömrü 160 ilə qədər arta bilər.
Tədqiqat Nature Communications jurnalında dərc olunub.
Eltac Zülfüqaroğlu/Turkustan.az