Tərtərdə məktəbli dava zamanı vəfat edib? - Təhsil İdarəsindən AÇIQLAMA


Bu gün səhər saatlarında yayılan məlumata görə, Tərtər şəhər 2 saylı məktəbinin 9-cu sinif şagirdi vəfat edib. Onun sinif yoldaşı ilə mübahisə zamanı aldığı yumruq xəsarətlərindən vəfat etdiyi iddia edilir.

Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticələnib.

Modern.az sözügedən hadisə ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

İdarədən bildirilib ki, şagirdin dava nəticəsində vəfat etməsi barədə xəbərlər tamamən əsasızdır:

“Şagirdlər arasında heç bir dava olmayıb. Hazırda istintaq və ekspertiza davam edir. Nəticələri barədə nəsə demək tezdir. Ancaq yazıldığı kimi heç bir dava hadisəsi olmayıb. Dikrektorun sinif rəhbərinin, fənn müəlliminin izahatları alınıb. Uşaq sakit təbiətli olub. Heç bir insident olmayıb. Sadəcə özünü pis hiss etdiyini, evə getmək istədiyini deyib. Evə gedərkən yolda vəziyyəti anidən pisləşib, qıvrılaraq yerə yıxılıb. Xəstəxanaya çatdılırmasına baxmayaraq vəfat edib”.

Baş Prokurorluqdan sorğumuza cavab olaraq bildirilib ki, mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.


MANŞET XƏBƏRLƏRİ