Son günlərdə əhali arasında yayılan xəstəlik NƏDİR? – Professordan AÇIQLAMA


Son günlərdə Azərbaycanda əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda rast gəlinən bu xəstəlik günlərlə insanları narahat edir. Qripdən fərqli olaraq bu xəstəlikdən sağalma müddəti də daha uzun çəkir.

Bəs maraqlıdır, bu xəstəlik nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya tibb məsələləri üzrə ekspert, həkim Adil Qeybulla danışıb.

O bildirib ki, hər bir fəsil dolayısı ilə iqlim təlatümüdür:

“Havaların dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. “Soyuqdəymə” deyilən xəstəlik qrupu var. Xaricdə bu xəstəliyə “cold disease” deyilir. SSRİ zamanında isə kəskin respirator xəstəlik adlanırdı, blütenlərə bu formada adı yazılırdı. Yəni nəfəs yollarında kataral iltihab törədən hansısa mikroorqanizmlər — viruslar, adenoviruslar, rinoviruslar, qrip virusu, paraviruslar, pnevmakoklar və s. kimi çoxsaylı viruslar soyuqdəymə zamanı fəallaşır.

Xüsusilə, koronavirusun 4 forması soyuqdəymədə aktiv rol oynayır.

Çox sayda mikroorqanizm və flora qrupu var ki, soyuqdəymədə özünü büruzə verir. Bu viruslar ya insandan-insana transfer olur, ya da hansısa formada fəallaşırlar. Orqanizmin immun sisteminin enməsi zamanı xəstələnən şəxs başqa birinə həmin mikroorqanizmləri, virusları yoluxdurur. Virusları konkret olaraq identifikasiya etmək üçün laboratoriya lazımdır. Amma biz təxmini bilirik ki, yuxarı tənəffüs yollarında bu xəstəliyi törədən daimi flora qrupu var”.


MANŞET XƏBƏRLƏRİ