Zaqatalada DƏHŞƏT YAŞANIR: Zəhərlənənlərin sayı 40-a çatdı


Zaqatalada toyuq dönərindən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə, bu dəqiqələrdə də xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciət edənlər var.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da xəstəxanada olublar.

Araşdırmalar aparılır.


MANŞET XƏBƏRLƏRİ