Yazda payız havası: Fəsillər yerini dəyişir?


Havaların qeyri-sabit keçməsi, istilərin birdın birə yağışla əvəzlənməsi insanlar arasında xəstəliklərin artmasına səbəb olur.

Bəs görəsən may ayında havanın belə kəskin dəyişməsi nə ilə bağlıdır?

Bu barədə Bakıvaxtı.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli bildirib ki, iqlim dəyişikliyi adı altında insanları həyacanlandırırlar, amma heç bir fəsil dəyişməsi və ya baharda payız havası ola bilməz.

Müsahibimiz iqlim dəyişikliklərinin də rol oynadığı anomal hava şəraiti yarandığını, fəsillərin gecikməsi və ya tərsi hiss oluna bildiyini qeyd edərək xatırladıb ki, bu hallar demək olar hər zaman müşahidə olunub:

“Məsələn, 1968-ci ilin may ayında, 1981-ci ilin may ayında respublikamızın bir çox dağətəyi bölgələrində qar yağıb. Yaxud bəzən deyək ki, indiki kimi orta aylıq yağıntının üstündə yağış olur. Bəzən isə quraqlıq aşırı olur”.

Qorxmaz İbrahimli: Bu hallar demək olar hər zaman müşahidə olunub

Q.İbrahimli həmçinin ötən ay havanın quru və isti olduğunu söyləyərək, deyir ki, aprelin isti və quru olmasından anidən soyuq hava kütlələri daxil olanda dağlarda qar, dağətəklərində bol yağış, aranlarda isə dolu yağır:

“Bizim region mülayim subtropik qurşaqdır. Bu qurşağın xarakterinə uyğun hava şəraiti davam etməkdədir. Sadəcə keçmişdə az bilgi verilib, indi isə informasiya bolluğudur. Bu mənada meteoroloqların öncədən verdikləri proqnozlara uyulmalı, qəza-bəladan qorunmaq lazımdır”.


MANŞET XƏBƏRLƏRİ