Bu əczaçılıq şirkəti bütün koronavirusa qarşı peyvəndləri geri götürmək qərarına gəldi


Britaniya Ali Məhkəməsində onlarla qurban və onların qohumları tərəfindən məhkəməyə verilən dünyaca məşhur əczaçılıq şirkəti AstraZeneca, məhkəmə qeydlərində koronavirus peyvəndinin "nadir, lakin təhlükəli yan təsirləri" olduğunu etiraf edərək, dünya üzrə bütün peyvəndlərini geri götürmək qərarına gəldi.

Turkustan.az xəbər verir ki, 6 milyondan çox insanın həyatını itirdiyi koronavirusla mübarizə illər ərzində davam edərkən, prosesin mühüm oyunçularından biri olduğu iddia edilən dərman şirkəti Astrazeneca -dan diqqətəlayiq bir addım gəlib.

İngiltərədə Ali Məhkəmədə baxılan bir işdə 50-dən çox qurban və onların qohumları tərəfindən iddia edilən Astrazeneca , məhkəmə qeydlərində koronavirus peyvəndinin nadir, lakin təhlükəli yan təsirləri olduğunu etiraf etdi və bütün dünyada peyvəndi geri götürməyə qərar verdi.

Koronavirusla mübarizə davam edərkən, AstraZeneca bu gün qüvvəyə minən “marketinq icazəsini” könüllü olaraq geri götürdükdən sonra Oksford Universiteti tərəfindən hazırlanmış peyvənd artıq Avropa İttifaqında mövcud olmayacaq. Peyvəndin geri çəkilməsi üçün oxşar müraciətlər Böyük Britaniya da daxil olmaqla, əvvəllər onu təsdiq etmiş digər ölkələrdə də ediləcək. Bildirilib ki, peyvəndin geri götürülməsi ilə bağlı müraciət martın 5-də edilib və mayın 7-dən qüvvəyə minib. Avstraliya Terapevtik Mallar İdarəsi 2023-cü ilin aprelində peyvəndin istifadəsini dayandırdı.

Peyvəndin çox nadir hallarda Trombositopeniya Sindromu və Tromboza səbəb ola biləcəyini etiraf edən şirkətin fevral ayında verdiyi açıqlamadan sonra bu sindrom Böyük Britaniyada 80-dən çox ölümlə, eləcə də yüzlərlə ağır yaralanma ilə əlaqələndirildi.

50-dən çox zərərçəkmiş və onların qohumları hazırda Ali Məhkəmədə şirkətlə hüquqi mübarizə aparır. Digər tərəfdən, AstraZeneca peyvəndin geri götürülməsi qərarının bu işlə bağlı olduğunu inkar edir və peyvəndin kommersiya məqsədilə bazardan çıxarıldığını iddia edir. Şirkət məhkəmə sənədlərində Vaxzevria adlı peyvəndin artıq istehsal olunmadığını və/və ya tədarük olunmadığını və daha yeni variantlarla mübarizə aparan yenilənmiş vaksinlərlə əvəz edildiyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ