Müalicə olunmazsa, ölümə səbəb olur - Əlamətləri isə bunlardır


Tibbdə məkrli xəstəlik sayılan akromeqaliyaya (nəhənglik xəstəliyinə) qarşı tədbir görülməsə, ölümlə nəticələnə bilər. Müalicənin uğuru da erkən diaqnozdan asılıdır.

Turkustan.az xəbər verir ki, akromeqaliya dəridə xalların artması, dodaqların, burunun və dilin böyüməsi, oynaq ağrıları kimi simptomlarla baş verə bilər.

Xəstəlik hipofiz vəzindəki hüceyrələrin nəzarətsiz çoxalması ilə baş verir. Bu da bədəndə, üzdə və sümük quruluşunda dəyişikliklərə səbəb olur. Xüsusilə əl, ayaq və çənədə başlayan böyümə insanın fiziki quruluşunu pozur.

Bilinən ən yaşlı akromeqaliya xəstəsinin Misir fironu Akineton olduğu bildirilib. Hacettepe Universitetinin Tibb Fakültəsinin Daxili Xəstəliklər, Endokrinologiya və Metabolizma kafedrasının professoru Tomris Erbaş bu xəstəliyin müalicəsinin mümkün olduğunu bildirib:

"Təəssüf ki, cəmiyyət məlumatlandırılmır. Fiziki dəyişikliklərlə yanaşı erkən diaqnoz qoyulmazsa, bu, ürək xəstəlikləri, diabet və xərçəng kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər”.

Erbaş akromeqaliyanın ürək çatışmazlığı, yüksək təzyiq, yoğun bağırsaqda polip və xərçəng əmələ gəlməsi, qəbizlik, qalxanabənzər vəzi xəstəlikləri və hemoroid riskini artırdığını vurğulayıb. /publika.az/


MANŞET XƏBƏRLƏRİ