ABŞ-ın Nebraska Universiteti və Kanadanın Toronto Universitetinin alimləri araşdırmalarında kətan toxumunun döş xərçəngi riskini azalda biləcəyini aşkar ediblər.
Turkustan.az xəbər verir ki, müəyyən edilmişdir ki, kətan toxumu bağırsaq mikrobiomuna (həzm sistemində infeksiyalarla mübarizə aparmağa və iştahı tənzimləməyə kömək edən bakteriyalar şəbəkəsi) daxil olduqda, süd vəzilərindəki MicroRNT-lərə siqnal göndərərək döş xərçəngi hüceyrələrinin inkişaf riskini azaldır. Araşdırma müəllifi Dr. Elena M Comelli, mikrobiotanın pəhriz müdaxiləsi ilə döş xərçənginin qarşısını almaq üçün yeni bir hədəf olacağını söyləyib.
Eltac/Turkustan.az