Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 19 nömrəli Uşaq Poliklinikasında yenilənən peyvənd otaqlarına valideyn turu təşkil olunub.
Turkustan.az xəbər verir ki, bu haqda TƏBİB məlumat yayıb. Qeyd edilib ki, tibb müəssisəsinin həkim-immunoloqu Meyxanım Nəzirzadə valideynləri peyvənd otaqları ilə tanış edib, “soyuq zəncir” sistemi barədə məlumat verib.
Tur zamanı valideynlərin diqqətinə çatdırılıb ki, peyvəndlər tibb müəssisələrinə tam sterilizasiya şəraitində gətirilir və xüsusi soyuducularda təyin edilən qaydalara, dərəcəyə uyğun olaraq saxlanılır. Məlumata görə, valideynlərə uşaqlara vurulan peyvəndlər haqqında ümumi məlumatlar verilib, onların sualları cavablandırılıb.