Neftin barel qiyməti 85,25 dollar oldu


Ötən gün 86,63 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 85,78 dollarla başa vurub. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün 09,53-də bağlanış vaxtı ilə müqayisədə 0,62 faiz azalaraq 85,25 dollar olub. Eyni zamanda, Vest Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 80,55 dollara satılıb.

Turkustan.az xəbər verir ki, qiymətlərin azalması təkliflə bağlı narahatlıqların azalması və dolların məzənnəsinin dəyişməsi ilə bağlı olub.

Qiymətlərin ucuzlaşmasına ABŞ dollarının digər valyutalara nisbətdə yenidən dəyər verməsi də təsir edib. ABŞ dolları indeksi hazırda 0,25 faiz artımla 103,92 səviyyəsindədir. Bu artım nefti alıcılar üçün bahalaşdırır və tələbin azalmasına səbəb olur.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 85,51-86,05 dollar aralığı müqavimət, 84,97-84,43 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ