Neftin bir barel qiyməti 77,23 dollar oldu


Ötən gün 79,09 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 77,20 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09,53-də bağlanış vaxtı ilə müqayisədə 0,04 faiz artaraq 77,23 dollar olub. Eyni zamanda, Vest Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 72,25 dollara satılıb.

Turkustan.az xəbər verir ki, Qlobal neft tələb və təklifi ilə bağlı qeyri-müəyyənliyin artdığı neft bazarında istiqamət axtarışları davam edir.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi hasilat ölkələrindən ibarət OPEC+ qrupunun bəzi üzvlərinin ötən həftə açıqladığı könüllü hasilatın azaldılmasının qlobal neft tədarükünə təsiri müzakirə olunmağa davam edir. Təklif tərəfində qeyri-müəyyənliyə səbəb olan bu vəziyyət neft qiymətlərində də dalğalanmalara səbəb olur.

Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da tələbin zəifləməsi ilə bağlı məlumatlar da qiymətlərə təsir edib.

Amerika Neft İnstitutu ölkədə xam neft ehtiyatlarının 594 min barrel artdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 2 milyon 267 min barrel azalacağı idi.

ABŞ Enerji İnformasiya Administrasiyasının rəsmi səhm məlumatları bu gün açıqlanacaq. Sözügedən səhm artımı ilə bağlı məlumatlar təsdiqlənərsə, qiymətlərdəki eniş trendinin davam edəcəyi gözlənilir.

Dünyanın ən böyük neft idxalçısı olan Çin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklər də qiymətlərdəki eniş tendensiyasını dəstəkləyib.

Dünən beynəlxalq kredit reytinq agentliyi Moody's Çinin kredit reytinqinin proqnozunu "stabil"dən "neqativ"ə dəyişib.

Qeyd edilib ki, Çinin kredit reytinqi proqnozunun aşağı yönlü reviziyası orta müddətli iqtisadi artımın struktur və daimi olaraq aşağı olması və daşınmaz əmlak sektorunda davam edən daralma ilə bağlı artan riskləri əks etdirir.

Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 77,31-77,50 dollar aralığına müqavimət, 77,12-76,93 dollar aralığına isə dəstək zonası kimi baxmaq olar.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ