Dollardakı bahalaşma davam edəcək


ABŞ dollarının qlobal dəyərinin yüksəlməsi qısa fasilədən sonra yenidən davam edir.

Turkustan.az xəbər verir ki, 2023-cü il avqust ayının sonunda Dollar İndeksi 102,8 həddinə düşdükdən sonra yenidən yüksəlir.

Bu gün birjalarda indeks 105 həddinə yaxınlaşıb. Ümumilikdə, dollarda 2023-cü ilin iyulun ikinci yarısından yüksəliş müşahidə edilir. Həmin tarixdən bəri dollar 5 faiz bahalaşıb.

Dolların bahalaşması avro/dollar məzənnəsində də görünür. İyulun birinci yarısında bir avro 1,12 dollar olduğu halda, hazırda 1,07 dollardır. Bununla əlaqədar olaraq Azərbaycanda da avro/manat məzənnəsi düşür. Azərbaycan Mərkəzi Bankında iyulda 1,91 manat olan bir avro hazırda 1,82 manatdır.

Dünyada dolları bahalaşdıran 3 əsas amil var. Bu amillərin hər biri dolların məzənnə dəyərinin yüksəlməsinə kömək edir. /sfera.az/


MANŞET XƏBƏRLƏRİ