Paşinyanın Göyçədən Bakıya videomesajı? – “Şuşada, Xankəndidə bu hadisələr…”


Ermənistanın Baş naziri Nikol Paşinyan Göyçə gölündə üzdüyü anların videosunu paylaşıb.

İrəvan hökumət üzvlərinin baş nazirlə birlikdə məhz Göyçədə toplanması diqqət çəkib. Əvvəllər Ermənistanın siyasi liderləri belə “tədbirləri” Şuşada, Xankəndidə keçirər, oradan Bakıya mesajlar verərdilər.

Paşinyanın son addımını Azərbaycanın tarixi ərazisi – mənəvi dəyəri böyük olan Göyçə gölündən verilən mesaj kimi dəyərləndirmək olarmı?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, N.Paşinyanın Göyçədən paylaşdığı video hansısa mesaj ehtiva etmir:

“Dünyanın bir çox ölkəsində hökumətlər ölkənin müxtəlif yerlərində toplanır. Göyçə gölü bizim tarixi torpağımızdır, lakin Ermənistanın ərazi bütövlüyünün bir parçası hesab edilir. Azərbaycan indiyə qədər Göyçə ilə bağlı hər hansısa mesaj, ya da etiraz motivli bəyanat verməyib”.


Vaqif Hüseyn

Politoloq qeyd edib ki, təbbi olaraq Bakı Paşinyan və İrəvan hökumətinin bu səfərinə reaksiya verməyəcək:

“Çünki Ermənistanın hakimiyyət nümayəndələrinin Şuşada, Xankəndidə bir araya gəlməsi ilə Göyçədə toplanması tamamilə fərqli məsələlərdir. İşğal dövründə Bakının buna reaksiya verməsi başadüşülən idi. Çünki Şuşa, Xankəndi Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləridir. Göyçə isə Ermənistanın beynəlxalq hüquqla tanınan ərazisidir. Rəsmi Bakının qonşu ölkələrə ərazi iddiası yoxdur və bunu dəfələrlə bəyan edib”.


MANŞET XƏBƏRLƏRİ