“Yolun uzunluğu 44 kilometr təşkil edir. Rusiyanın dəmir yolu sahəsindəki mütəxəssisləri yolu piyada ötüblər. Yolu təqribən iki ilə bərpa etmək mümkündür. Çünki tunellər dağılmayıb, dəmir yolu kompleksi tələb olunur”.
Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan Rusiya səfiri Mixail Yevdokimov APA-ya açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, yolun kim tərəfindən və necə bərpa ediləcəyi əsas məsələ deyil.
“Bu yol Azərbaycanla Ermənistan arasında münasibətləri möhkəmləndirməklə yanaşı, regionda iqtisadi əlaqələrin inkişafına da şərait yaradacaq. Əsas məsələ yolun mümkün qədər tez bərpa olunmasıdır”, - səfir deyib.
 
             
         
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            