30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda Ermənistanın törətdiyi ekoloji cinayətlər" adlı layihə çərçivəsində nəşr olunan “Ekoloji Terror” kitabının təqdimatı keçirildi. Kitabın təqdimatı Bakı şəhərində yerləşən Montin Hotelinin konfrans zalında baş tutub.
Turkustan.az xəbər verir ki, tədbiri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri və "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda Ermənistanın törətdiyi ekoloji cinayətlər" adlı layihənin rəhbəri Taleh Əliyev açaraq şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra bildirdi ki, 30 ildən artıq davam edən işğal nəticəsində Ermənstan dövləti azərbaycanlıların nə vaxtsa geriyə dönməməsi üçün Qarabağ və Şərqi Zəngəzur bölgəsində bəşəri cinayyətlər törədərək ekoloji terrora əl atdılar. Bölgənin meşə örtüyünün yandırılması və qırılması ilə flora və faunası məhf edildi, torpaq və su ehtiyyatları kimyəvi tullantılarla çirkləndirildi, yeraltı sərvətləri talan olundu. Bir sözlə bölgədə beynəlxalq hüquqda cinayyət hesab edilən ekosid həyata keçrildi. Azərbaycanla Ermənstan arasında sülh müqaviləsinin imzalanması ilə münasibətlərin normallaşdırılması o anlama gəlməməlidir ki, biz bu gerçəkləri ya unudaq ya da tarix üçün yazmayaq. Tarixdə yaşananlar unudulmamlıdır ki, bir daha yaşanmasın!
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda Ermənstanın törətdiyi ekoloji cinayətlər” layihəsi çərçivəsində hazırlanan “ Ekoloji terror” kitabı Ermənstanın işğalı dövründə tərətdikləri ekoloji cinayətlərdən bəhs edir. İnanırıq ki, bu kitab Ermənstanın işğal dövründə ekoloji cinayətlərin bütün boyutları üzrə hazırlanan nəşrlərdən biri kimi ermənilərin beynəlxalq aləmdə ifşa olunması üçün çox faydalı bir mənbə olacaqdır.
Tədbirdə iştirak edən kurtuloroq alim İlahə Sadıqova, Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri Hacı Bakir Həsənbəyli, Doğma Yurda Qaydış İctimai Birliyinin sədri Səməd Hətəmov, jurnalist Məhəbbət Orucov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ağdam Ədəbi İctimai Birliyinin sədr müavini Rəfail Tağızadə, siyasi şərhçi Ənvər Ağazadə və hərbi ekspert, Tərxis Olunmuş Hərbiçilərin Maarifləndirilməsi İctimai Birliyinin sədri və “Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli çıxış edərək mövzunun aktuallığı və əhəmiyyəti barədə öz fikirlərini bölüşdülər.