Son günlərdə qlobal miqyasda sel və daşqınlar, bir çox dövlətlərdə aramsız yağıntılar müşahidə edilib.
Turkustan.az bu barədə xarici media orqanlarına istinadən məlumat verir.
Xəbərlərə əsasən, müxtəlif iri şəhərlərə, qəsəbələrə, yaşayış binalarına, nəqliyyat vasitələrinə və ümumi infrastruktura ciddi ziyan dəyib. Təbii fəlakətdən ən çox əziyyət çəkən ölkələr arasında Ermənistan, Gürcüstan, Portuqaliya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də var.
İntensiv yağıntılar nəticəsində bir çox ölkələrdə avtomobil yolları bağlanıb, həmçinin elektrik enerjisi və su verilişində böyük fasilələr yaranıb.
Hadisələrlə bağlı daha geniş məlumatı və təbii fəlakətləri əks etdirən kadrları təqdim olunan videoda izləmək mümkündür./oxu.az