ABŞ-ın qurudan hücumu gözlənilir: İran qoşunları hazır vəziyyətə gətirildi


“Xarq adası tam təhlükəsizlik şəraitindədir və İran silahlı qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib”.

Turkustan.az xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik komissiyasının sözçüsü İbrahim Rzayi Xarq adasında olduğunu göstərən videonu paylaşaraq deyib.

“Xarqa hücum təcavüzkarlar üçün qəti və geri dönüşü olmayan cavabla nəticələnəcək”, – o bildirib.

Qeyd edək ki, ABŞ-ın Xarq adasına hərbi müdaxilə edəcəyi gözlənilir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ