Fələstin oyunu


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

Vaxtı ilə dünyanın hər hansı bir nöqtəsində hansısa bir hadisə baş verəndə deyirdilər ki,burada hökmən Moskvanın barmağı var. Amma buna çoxları inanmırdı.Üstündən illər keçəndən sonra məlum oldu ki, ruslar kapitalizmi çökdürmək üçün terrordan əsas silah kimi istifadə ediblər. Fələstində bu gün axıdılan qanlarda, həyata keçirilən terror aktlarında Rusiyanın böyük rolu var. Fələstində Rusiyanın oynadığı rolu nəzərdən keçirdikdə bugünki hadisələrin mahiyyəti açılır.

Fələstin tarix boyu Şərqlə Qərbin qarşıdurma meydanına çevrilib və burada qan su yerinə axıb. Orta əsr salnamələrində Fələstin qanla sulanan torpaq adlandırılır. Eramızdan əvvəl müxtəlif imperiyalar arasında çəkişmə meydanına çevrilən Fələstin XI-XIII-cü əsrlərdə səlib yürüşlərinin əsas hədəfinə çevrildi və dəfələrlə odlara qalandı.Osmanlı türkləri dövründə özünün ən sakit, dinc günlərini yaşayan Fələstin bu imperiyanın dağılmasından sonra yenidən qanlı toqquşmalar meydanına çevrildi.Birinci Dünya müharibəsi zamanı mühüm cəbhələrdən biri Sinay və Fələstin cəbhəsi (28 yanvar 1915-28 oktyabr 1918) idi. Osmanlı İmperiyasının bölgədəki varlığı sülh və sabitliyin qaynağı idi.1915-1918-ci illərdə türk ordusu bölgədə olan savaşlar və xəyanətlər üzündən ərazini tərk etdi.Osmanlı ordusu Yəməndə, Hicazda, Suriyada xəyanət nəticəsində arxadan ağır zərbələr alaraq məğlub oldu. Hətta Fələstin üçün bayraq da hazırladılar. Müəllifi ingilis və fransız diplomatları idi. O zaman Yaxın Şərqin bölünməsi üzrə görəvləndirilən fransız generalı Jorj Piko (George Picot) və ingilis diplomatı Mark Saykes (Mark Sykes) “Saykes-Piko Anlaşması” əsasında Fələstin bayrağı yaradıb və ərəbləri türklərə qarşı qoymağın təməlini atdılar.

Osmanlı Dövlətinin Fələstində 1917-1918-ci illərdə ingilislər qarşısında ağır məğlubiyyətə uğramasının əsas səbəbkarlarından biri Şərif Hüseynin ərəb ordusu idi. 15.000 türk əsgərinin fələstinlilər tərəfindən kor edilərək öldürüldüyü iddiası bu gün də sürülməkdədir. Qurtulan əsgərlərdən biri İstanbula dönüncə bu ağıtı söylədi:

Gazzenin meger kumundan çokmuş kalleşi

Nasıl sırtından vurur insanı din kardeşi !

Filistin, Trablusgarp, Yemen illeri.

Hangisini kanım ile sulamadım..?

Gezdim cebhe cephe bütün çölleri,

Türke, Türkden başka dost bulamadım!

Türk idarəçiliyindən çıxmaq üçün ingilislərin və fransızların əli ilə minlərlə türk əsgərinin həyatına son qoyulub.Osmanlı arxivlərində aparılan araşdırmalara əsasən, Fələstin, Suriya, Hicaz, Yəməndə 400.000 türk əsgər həyatını itirib.Fələstin cəbhəsində həyatını itirən türk əsgəri sayı 230.500 nəfər idi.

Şərif Hüseyn döyüş zamanı minlərcə türk əsgərinin arxadan vurulmasında cavabdeh olan insandır.Buna sübut olaraq həmin döyüşlərdə şəhid olan 60 mindən çox türk əsgərinin Qüdsdə, Qəzzada və digər yerlərdə toplu məzarlarını göstərmək olar.Bu zaman fələstinlilərlə birgə Amerika Birləşmiş Ştatlarından gəlmiş yüzlərlə erməni muzdlu Fələstinin Osmanlıdan ayrılması üçün döyüşürdü.

Demək olar ki, Avropa və Şərqin bütün aparıcı dövlətləri təcili şəkildə Fələstində öz kəşfiyyat mərkəzlərini qurdular. Fələstində ingilis kəşfiyyatı çox güclü idi. Amma Rusiyanın bölgəyə gəlişi ilə vəziyyət dəyişməyə başladı.1923-cü ilin dekabr ayında Rusiya Fələstində öz kəşfiyyat mərkəzini yaratdı.Onun ilk rezidenti Yakov Blyumkin oldu. Milliyətcə yəhudi olan keçmiş eser Blyumkin məşhur təxribatçılardan sayılırdı.1918-ci ildə Almaniyanın Rusiyadakı səfiri Mirbaxın öldürülməsində şəxsən iştirak edən Blyumkin həbs edildi. Lakin 1919-cu ildə Feliks Edmundoviç Dzerjinskinin təklifi ilə Blyumkin amnistiyaya düşdü. Ona kəşfiyyat idarəsinə rəhbərlik etmək tapşırıldı.Bir müddət xüsusi kursda hazırlıq keçən Blyumkin ağqvardiyaçıların arxasında təxribat dəstələrinin yaradılmasında xüsusi rol oynadı. 1923-cü ildə isə Moskva Blyumkindən Fələstində istifadə etmək qərarına gəldi.Tezliklə Blyumkin Fələstində Rusiyanın güclü kəşfiyyat mərkəzini yaratdı.Moskva ingilislərin əsarəti altında olan ərazilərdə milli-azadlıq müharibələri təşkil etmək və əhali arasında sosializm ideyalarını geniş yaymaq niyyətində idi.Tezliklə ingilislərin nəzarəti altında olan Yaffada (indiki Təl-Əviv) camaşırxana açan Blyumkin (o,burada Qurfingel soyadı altında çalışırdı) sadə yəhudiləri və ərəbləri ingilislərə qarşı qaldırmaq və onlar arasında sosializm ideyalarını yaymaq üçün geniş təbliğata başladı. Tezliklə Moskva özünün digər məşhur agentini-Yakov Serebryanskini (Lavretski) Fələstinə gondərdi. Rezident postunda Blyumkini əvəz edən Serebryanski Fələstində geniş fəaliyyətə başladı.Qısa müddət ərzində o, Fələstindəki bütün ağqvardiyaçıları və emiqrantları öz rezidenturası ətrafında birləşdirə bildi.1925-ci ildə Moskva Serebryanskini Belçikaya,sonra isə Parisə göndərdi. O, Parisdə Rusiya Ümumhərbi İttifaqının başçısı general Kutepovun oğurlanaraq Moskvaya göndərilməsi əməliyyatına rəhbərlik etdi.1934-cü ildə Serebryanski NKVD katibliyi nəzdində xüsusi təyinatlı qrupa rəhbər təyin edildi.

Fələstin Rusiya əks-kəşfiyyat əməkdaşlarının Qərb dövlətlərinə yeridilməsi üçün poliqon rolunu oynamağa başladı. SSRİ kəşfiyyatının Avropadakı böyük şefi adını alan məşhur kəşfiyyatçı Leopold Trepper də ilk addımlarını Fələstində atdı. Kasıb yəhudi ailəsindən çıxan Trepper tez-tez “mən kommunistəm, çünki yəhudiyəm” deyirdi. Fəhlələr arasında təxribatçı fəaliyyətinə görə Polşadan sürgün edilənTreppeni Rusiya Fələstinə göndərdi. Lakin ingilislər onun izinə düşmüşdülər.1928-ci ildə sosializm ideyalarını yaydığına görə, ingilislər tərəfindən həbs edilən Trepper Fələstindən qovuldu.Tezliklə Moskva onu Fransanın Marsel şəhərinə göndərdi və o,burada geniş fəaliyyətə başladı.Məşhur yəhudi biznesmeni Leo Qrossfogeni öz tərəfinə çəkməyi və ona kommunist ideyalarını məharətlə sırımağı bacaran Trepper Avropanı lərzəyə salan “Qırmızı karellalar” adlı gizli təşkilat yaratdı.

23 avqust 1939-cu ildə Molotov-Ribbentrop paktı və ya rəsmi adı ilə Almaniya və SSRİ arasında hücum etməmə müqaviləsi bağlandı. Ribbentrop paktı və ya rəsmi adı ilə Almaniya və SSRİ arasında hücum etməmə müqaviləsi bağlandı. Paktın maddələrinə əsasən hər iki hakim fəhlə partiyası öz ideoloji yaxınlığını nəzərə alaraq digərinə sülh zəmanəti verirdi və hər bir dövlətin öz müttəfiqi olsa belə,digər hökumətin düşməninə yardım etməyəcəyini elan edirdi. İctimai olaraq hücum etməmə haqda razılığa gəlindiyi elan edilsə də, gizli ittifaq protokol və müqavilələri əsasında Polşa, Litva, Latviya, Estoniya, Finlandiya və Rumıniya dövlətlərinin daxil olduğu ərazilər hər iki müttəfiq dövlət Sovet İttifaqı və Almaniya arasında işğal edilib bölüşdürülürdü. Gizli müqavilədə Almaniyanın Bessarabiyaya marağının olmaması elan edilirdi.

Bu müqavilədən sonra Almaniya 1 sentyabr 1939-cu ildə Polşanı işğal etdi. Sovet İttifaqı lideri İosif Stalin də 17 sentyabr tarixində Polşanın şərq hissəsinin işğal edilməsi üçün əmr verdi. Polşanın bu iki müttəfiq dövlət tərəfindən işğal edilməsindən sonra əlavə Alman-Sovet Sərhəd razılaşması ilə yeni sərhədlər təsbit edildi.O dövr sovet mətbuatı ilə tanış olduqda SSRİ-yə hücuma qədər Alman ideolojisinin fəhlə ideologiyası adı ilə xalqa təbliğ edildiyini görərik.Bu müqavilə əsasında qış müharibəsindən sonra 1940-cı ilin mart ayından Sovet İttifaqı Finlandiyanın Kareliya və Salla bölgələrinin bir hissəsini özünə ilhaq etdi.Bunun ardınca Estoniya, Latviya, Litva və Rumıniya (Bessarabiya, Şimali Bukovina və Hertza bölgəsi) Sovet İttifaqı tərəfindən işğal edildi.Sovet İttifaqı Polşanı işğal etməsinə haqq qazandırmaq üçün Polşadakı etnik belaruslar və ukraynalılar barədə narahat olduqlarını bildirmişdi.

1939-1940-cı illərdə SSRİ Ukrayna və Belorusiyanın Qərb torpaqlarını, Pribaltikanı özünə birləşdirdi. Həmin ərazilərdə fəaliyyət göstərən yəhudi təşkilatları gizli fəaliyyətə keçməyə məcbur oldular.Dərhal sovet əks-kəşfiyyatı gizli fəaliyyətə keçməyə məcbur olan yəhudi təşkilatlarının izinə düşdü. 1941-ci il iyun ayının 15-də əks-kəşfiyyat orqanlarına Stalin tərəfindən gizli fəaliyyət göstərən yəhudilər arasında operativ iş aparılması barədə direktiv daxil oldu.Bu direktiv əsasında Stalinin yəhudi antifaşist komitəsi yaradıldı.

1934-cü ildə sovet əks-kəşfiyyatı uğur qazanaraq ABŞ-da maliyyə naziri vəzifəsinə təyin edilən yəhudi Henri Morqentaunun köməkçisi vəzifəsinə rezident Əhmərovun təyin edilməsinə nail oldu.1938-1939-cu illərdə İngiltərə xüsusi xidmət orqanları İsrailin gələcək lideri Xaim Veysmana qarşı güclü müxalifət yaratmaq qərarına gəldi.Məqsəd sionist təşkilatlarını parçalamaq idi.Bu işin həyata keçirilməsi isə Mİ-6-nın (İngiltərə) ən bacarıqlı kadrlarından olan Qay Bercesə tapşırdılar. Qay Berces isə SSRİ-yə işləyirdi. O, sionistlərin parçalanması üçün dostu Viktor Rotşildə “stavka” etdi. Nəticədə tezliklə Xaim Veysmana qarşı güclü müxalifət yarandı.Veysman bir müddətə siyasi səhnədən tamamilə sıxışdırılıb çıxarıldı. Mİ-6-nın sionistləri parçalamaq planı SSRi-yə də sərf edirdi. Ona görə də onlar öz agentləri vasitəsilə bu prosesi daha da sürətləndirdilər.Berces Böyük Britaniya kəşfiyyat orqanlarına SSRİ-nin daha bir neçə agentini yeridə bildi. Beləliklə, dünyanın ən məşhur kəşfiyyat təşkilatı hesab edilən Mİ-6-nın rəhbər vəzifələrində 6 nəfər rus kəşfiyyatçısı işləməyə başladı.

Onu da deyək ki, həmin dövrdə sovet kəşfiyyatı Fələstinə köçən nüfuzlu yəhudilərin, demək olar ki, hamısını öz dairəsinə cəlb edə bilmişdi. Moskva Vyanadakı agenti İzrael Beerin vasitəsilə alman zülmündən qaçan yəhudilərin Fələstinə yerləşdirilməsinə nail oldu.Sonra Beer də xüsusi tapşırıqla Fələstinə göndərildi. Beer Fələstində yaradılan “Xaqana” adlı gizli İsrail ordusunun fəallarından birinə çevrildi. Məhz Beerin apardığı güclü təbliğat nəticəsində “Xaqana” ingilis əsarətinə qarşı üsyana qalxdı.

1948-ci ildə İsrail dövləti yaranan kimi SSRİ rəhbərləri Fələstinin gələcəyi barədə gizli kəşfiyyat kanalları vasitəsilə yəhudi rəhbərlərinə təlimat verir,onlarla danışıqlar aparırdılar. SSRİ yaradılacaq İsrail dövlətinə Yaxın Şərqdə sosializmin dayağı kimi baxırdı.Və nəhayət, SSRİ-nin köməyi ilə 1948-ci ildə İsrail dövləti yaradıldı.Məşhur sovet diplomatı Oleq Qrinevski bununla əlaqədar öz memuarlarında yazır: “1948-ci ildə Siyasi Büroda yəhudi dövlətinin yaradılması və onun tanınması məsələsi müzakirə edilirdi.Stalin uzun müddət kabinetində var-gəl etdi və danışmadı. Sonra isə ağır-ağır: “Yəhudi dövləti yarandı və bununla da Yaxın Şərqdə ərəblərlə yəhudilər arasında bir də sülh olmayacaq”,-dedi. Əslində Stalin sovet kəşfiyyatının bölgədə nələr törədəcəyini yaxşı bilirdi. Amma bölgədə hadisələr heç də SSRİ-nin istədiyi kimi getmədi.Vaxtı ilə SSRİ-yə işləyən, İsrail dövləti yaranandan sonra isə ABŞ və Böyük Britaniyanın yəhudi milyarderlərinin təsiri altına düşən yəhudilər Moskvadan üz döndərdilər.Bundan əsəbləşən Stalin 1949-1950-ci illərdə yəhudiləri cəzalandırmaq fikrinə düşdü. Çünki SSRİ Yaxın Şərq kimi həssas bölgənin əlindən çıxması ilə barışa bilmirdi.Bu məqsədlə dərhal fələstinli ərəblər arasına agentlər yeridildi. Onlar yəhudi dövlətinin güclənməsinə imkan verməməli idilər.


MANŞET XƏBƏRLƏRİ