Almaniya altı aylıq könüllü hərbi xidmət tətbiq etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Yeni təşəbbüs Almaniyada ehtiyatda olan hərbçilərin sayını iki dəfə artırmağı hədəfləyir.
Qeyd edək ki, Almaniyada ümumi hərbi xidmət 2011-ci ildə ləğv edilmişdi. İndi isə ölkənin təhlükəsizlik strategiyası və regional gərginlik fonunda, Berlin ordunu gücləndirmək üçün könüllü xidmət sisteminə qayıtmaq niyyətindədir.
Rəsmilər hesab edirlər ki, bu addım NATO qarşısında öhdəliklərin yerinə yetirilməsində və milli müdafiənin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq. /Musavat.com/