İrəvanda tələbələr itaətsizliyə başladı - Paşinyanın yerinə namizədin adı açıqlanacaq


Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan universistet tələbələrini itaətsizlik aksiyalarına çağırıb. Bundan sonra bir qrup tələbə ali məktəbləri gəzərək gəncləri hərəkata qoşulmağa dəvət ediblər.

Bu gün parlamentin “Mənim namusum var” fraksiyasının katibi Tiqran Abramyan isə jurnalistlərlə bildirib ki, 6 nəfərdən ibarət fraksiyasının etimadsızlıq prosesinə qoşulmağa hazırdır. İmpiçment layihəsi forma alındıqdan sonra 24 saatdan gec olmayaraq parlamentə təqdim edilməlidir. 35 deputat formanı imzalamağa hazır olduğunu bildirib. “Mənim namusum var” siyahısından mandat alan və heç bir fraksiyada yer almayan İşxan Zakaryanın prosesə qoşulub-qoşulmayacağı hələlik məlum deyil.

Baqrat itaətsizlik aksiyalarına start veridliyini və saat 18:30-da “Respublika” meydanında böyük mitinqin başlayacağını açıqlayıb. Səhər saatlarından meydana quraşdırılmış platformnın yanına toplaşan vətəndaşlar yerli mətbuata bildiriblər ki,keşiş Baqratın növbəti addımlarını başa düşməyə çalışırlar. Yepiskop bildirib ki,hərəkət etmək üçün müəyyən istiqamətlər var, tezliklə xalqla görüşəcək və nə edəcəyinə qərar verəcək.

Baqrat onu da bildirib ki, Nikol Paşinyanın yerinə irəli sürüləcək Baş nazirin adı ilə bağlı hələ də razılıq yoxdur. Onun sözlərinə görə, məsələ parlamentdəki fraksiyalarla müzakirə olunacaq, müəyyən məsləhətləşmələr aparılacaq. “Bütün siyasi meydan bu şəxsin ətrafında birləşəcək və onun kim olduğu açıqlanacaq”, – deyə keşiş vurğulayıb.

O deyib ki, parlamentdəki müxalifət fraksiyası ilə müzakirələr aparılır.

Keşiş qeyd edib ki, müxtəlif adlar müzakirə olunur:“Bizim hərəkat indiyədək siyasi proses olmayıb. İndi, fikrimizcə, hər şey siyasi xadimlərin məsləhətləşmələrinin nəticələrinə əsasən planlaşdırılmalıdır. Dünən parlament üzvləri ilə görüşməyə çalışdıq ki, proseslər necə gedə bilər. Onlar prosesi davam etdirməyə hazırdırlar və qanuni şəkildə başa çatdırmağa çalışırlar. O zaman baş nazirliyə namizəd lazım olacaq. Yəqin ki, bundan sonra hər şey açıqlanacaq”. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ