İldırım vurması nəticəsində 74 nəfər həyatını itirdi


Banqladeşdə aprel ayından bəri ildırım vurması nəticəsində 74 nəfər ölüb. Səlahiyyətlilər vətəndaşları ildırım vurmasından qorunmaq üçün məlumatlandırıb və xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Banqladeşdə aprel ayından bəri ildırım vurması nəticəsində 74 nəfərin öldüyü açıqlanarkən, ölənlərdən 35-nin fermer olduğu bildirilib.

Banqladeşdə aprel ayından bəri ildırım vurması nəticəsində 74 nəfərin öldüyü açıqlanarkən, ölənlərdən 35-nin fermer olduğu bildirilib.

Dhaka Tribune qəzetinin məlumatına görə, Banqladeş səlahiyyətliləri aprel ayında ildırım vurması nəticəsində indiyədək 31 nəfərin, may ayında isə ümumilikdə 43 nəfərin öldüyünü açıqlayıb.

Səlahiyyətlilər may ayında bir gündə ildırım vurması nəticəsində 11 nəfərin öldüyünü, aprel ayından isə 35-i fermer olmaqla ümumilikdə 74 nəfərin həyatını itirdiyini açıqlayıb. Səlahiyyətlilər vətəndaşları ildırım vurmasından qorunmaq üçün məlumatlandırıb və xəbərdarlıq edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ