Eurovision yayımı zamanı İsraili boykot etdilər


Belçikanın VRT televiziyası Eurovision Mahnı Müsabiqəsinin yayımını dayandıraraq İsrailin insan haqlarını və mətbuat azadlığını pozmasını pisləyən və atəşkəs tələb edən mesaj paylaşıb.

Turkustan.az xəbər verir ki, Flamand dilində yayımlanan VRT İsrailin Qəzzaya hücumlarına etiraz olaraq İsveçin Malmö şəhərində keçirilən Eurovision-un ikinci yarımfinalının əvvəlində yayımını dayandırıb.

Kanalın yayımladığı mesajda "Bu, birlik aksiyasıdır. İsrail dövlətinin insan haqları pozuntularını pisləyirik. Bundan əlavə, İsrail mətbuat azadlığını məhv edir. Ona görə də yayımımızı bir müddət dayandırırıq”.

İki Belçikalı nazir daha əvvəl bildirmişdilər ki, İsrail Qəzzada mülki insanlara qarşı hücumları davam etdiyi müddətcə Eurovision Mahnı Müsabiqəsində iştirak etməməlidir.

Eurovision Mahnı Müsabiqəsində Belçika, Portuqaliya, İngiltərə, İrlandiya, İsveçrə, Norveç, Danimarka, Litva, Finlandiya və San-Marinonu təmsil edəcək sənətçilər Qəzzada təcili və davamlı atəşkəsə çağırıblar.

Avropanın bir çox ölkəsindən müxtəlif qruplar mayın 11-də İsveçin Malmö şəhərində finalı keçiriləcək Eurovision Mahnı Müsabiqəsində İsraili qadağan etməyə çağırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ