Cəlal Şengör açıqladı: Türkiyə 10 milyon ildən sonra başqa bir ölkə ilə birləşəcək


Yer alimi Cəlal Şengör Türkiyənin gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Şengör Türkiyənin 10 milyon ildən sonra hansı ölkə ilə birləşəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Türkiyənin bu dəfə aqibətinin necə olacağını Yer Alimi Cəlal Şengör qiymətləndirib. Araşdırmaların hər 600 milyon ildən bir yeni bir super qitənin meydana gəldiyini göstərdiyini bildirən Şengör, dünyada davam edən dəyişikliklər nəticəsində Türkiyənin xəritədəki yerinin də dəyişəcəyini bildirib.

Şengör HT Elm Tarixi Fəlsəfə kanalında Fatih Altaylıya verdiyi müsahibədə araşdırmaların hər 600 milyon ildən bir yeni bir super qitənin meydana gəldiyini göstərdiyini bildirib. O, bu prosesdə dünyanın dəyişdiyini və Türkiyənin xəritədəki mövqeyinin də dəyişəcəyini iddia edib.

Baş verəcək qitə dəyişiklikləri ilə Avropa parçalanacaq, Qərbi Avropa ada olacaq deyən Şengör, Amerika ilə Asiyanın 'çox böyük ehtimalla' toqquşacağını ifadə etdi.

Şengörə görə, Türkiyə ən çox 10 milyon ildən sonra formalaşacağı təxmin edilən Yeni Pangeyadan təsirlənəcək. Aralıq dənizinin tamamilə bağlanacağını və yeni bir dağ qurşağının yaranacağını bildirən Şengör, bu birləşmələrin indi də baş verdiyini bildirib.

Cəlal Şengörün açıqlamalarına görə Türkiyə və Liviya 10 milyon ildən sonra birləşəcək . Türkiyə və Liviya quru qonşuları olacaq. Cəlal Şengör mövzu ilə bağlı "Məsələn, 10 milyon ildən sonra Liviyanı öpürük. Bugünkü sürətə baxın, Liviya ilə gedib birləşirik. Şərqi Aralıq dənizi isə yavaş-yavaş bağlanır" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ