Siçandan insana keçən xəstəlik 156 can aldı - Fotolar


Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən “Lassa qızdırması” səbəbindən 4 ayda 156 nəfər ölüb.

Turkustan.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən verilən açıqlamada yanvar - aprel ayları arasında “Lassa qızdırması” epidemiyasının paytaxt Abuca ilə yanaşı 28 ştata da yayıldığı bildirilib.

Açıqlamada qeyd olunur ki, bu müddət ərzində 857 “Lassa qızdırması”na yoluxma aşkarlanıb, epidemiya səbəbindən 156 nəfər ölüb.

Ötən il ölkədə 1170 yoluxmuş şəxs aşkarlanıb, onlardan 219 nəfəri ölüb.

Xəstəlik siçan nəcisi ilə təmas yolu ilə ötürülür.

Nigeriya hökuməti 2023-cü ilin fevralında “Lassa qızdırması”nın yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, “Lassa qızdırması” ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb. Siçan nəcisi ilə təmasda olan zaman yaranan xəstəlik insandan insana keçə bilir.

Sözügedən infeksiya ölümcül hemorragik qızdırmaya səbəb olur. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ