Moskvadan Varşavaya XƏBƏRDARLIQ


Rusiya XİN Polşaya ABŞ-ın nüvə silahlarının yerləşdirilməsinin nəticələri barədə xəbərdarlıq edib

“Polşada ABŞ-ın nüvə silahlarının yerləşdirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr təhlükəli oyundur. Bu təxribatçı müzakirələrin nəticələri gözlənilməz ola bilər”. AYNA rus mediasına istinadən bildirir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.

“Vəziyyət dərin narahatlıq doğurur. Bunlar təxribat xarakterli müzakirələrdir. Bu, gərginliyi daha da artırmaq cəhdidir. Artıq Avro-Atlantik regionda Vaşinqton və NATO ölkələrinin təhrik etdiyi ağır böhran hökm sürür”, nazir müavini bildirib.

Ryabkov vurğulayıb ki, əgər Polşa daha da eskalasiya yolu ilə getsə, o zaman gərginliyin növbəti mərhələsi baş verəcək: “Nüvə silahlarının mümkün yerləşdirilməsi ilə bağlı bu söhbətləri məhz belə qiymətləndirə bilərik. Bunlar hələ də nüvə silahı ilə şifahi oyunlardır”.


MANŞET XƏBƏRLƏRİ