Avstraliya ilə Çin arasında gərginlik artır


Avstraliya donanma helikopterinin Koreya yarımadası yaxınlığında Çin döyüş təyyarəsi tərəfindən qarşısını alması səbəbiylə Pekinə reaksiya verib.

Turkustan.az xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyindən verilən açıqlamada hadisənin mayın 4-də ölkənin donanmasına aid HMAS Hobart Hava Hücumundan Müdafiə Destroyerinin Şimali Koreyaya qarşı sanksiyaları tətbiq etmək üçün Sarı dənizdə beynəlxalq sularda üzdüyü zaman baş verdiyi qeyd edilib.

Açıqlamada Avstraliya hökumətinin narahatlıqlarını Çin hökumətinə çatdırdığı və “Avstraliya Çin də daxil olmaqla bütün ölkələrdən ordularını peşəkar və təhlükəsiz şəkildə idarə etmələrini gözləyir” ifadələri işlədilib.

Müdafiə naziri Riçard Marles hadisənin həm təhlükəli, həm də qeyri-peşəkar olduğunu vurğulayaraq, BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarının tətbiqinə yönəlmiş qanuni fəaliyyətlərdən əl çəkməyəcəklərini bildirib.

Hələlik Çindən mövzu ilə bağlı heç bir açıqlama verilməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ