Refahda əməliyyat yaxınlaşır?


İsrailin Qəzzada HƏMAS-a qarşı müharibəsi davam etdikcə, Rəfah şəhərinə qarşı mümkün əməliyyatın qaçılmaz olduğuna dair işarələr artmağa başlayıb.

Turkustan.az xəbər verir ki, bir milyondan çox insanın sığındığı Rəfah Qəzza zolağında İsrail ordusunun girmədiyi yeganə şəhərdir. Qəzzanın digər bölgələrini tərk etmək məcburiyyətində qalan bir milyondan çox insan aylardır Rəfahda sığınacaq verir. Şəhərə qarşı əməliyyat beynəlxalq ictimaiyyətdə narahatlıqla qarşılanır. Ancaq bölgədən gələn xəbərlər odur ki, əməliyyat qaçılmazdır. İsrail ordusu Rəfah əməliyyatı üçün hazırlıqların tamamlandığını və əməliyyatın tarixinin Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyini hökumətə çatdırıb. Baş nazir Benyamin Netanyahunun hökumət sözçüsü təqvimlə bağlı açıqlama verməyib. Müşayiət olunan görüntülər Xan Yunus yaxınlığında salınan çadır şəhərciyinin xeyli genişləndiyini göstərir. Bu çadır şəhərciyinin Rəfahdan təxliyə zamanı istifadə ediləcəyi gözlənilir.

AP agentliyinə danışan Həmas Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye deyib ki, qrup İsraillə beş il və ya daha çox müddətə atəşkəsi qəbul etməyə hazırdır və silahı yerə qoyub siyasi partiyaya çevrilə bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ