ABŞ-İran qarşıdurması əslində belə başlayıb – 73 il öncəki gizli əməliyyat


Hazırda Yaxın Şərqi çətin vəziyyətə salan ABŞ-İran müharibəsinin tarixi ilə bağlı maraqlı məlumat yayılıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Hayatımız Tarih” adlı səhifə video paylaşıb.

Bildirilib ki, çoxları bu düşmənçiliyin 1979-cu ildəki İslam İnqilabı ilə başladığını düşünür, amma əsl hekayə 1953-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qaranlıq çevrilişi ilə başlayıb:

“Belə ki, İranın Baş naziri Məhəmməd Müsəddiq Britaniyanın istismar etdiyi İran neftini milliləşdirmək qərarı verib. O, artıq neftin İran xalqına məxsus olduğunu deyib. Bu isə Qərb üçün bağışlanmaz addım sayılırdı. Məhz ona görə də CIA və Britaniyanın kəşfiyyat xidməti “MI6″ tarixə “ilk gizli rejim dəyişdirmə əməliyyatı” kimi düşən “Ayaks” əməliyyatını həyata keçiriblər”.

Qeyd olunub ki, həmin zaman İranda yaranan çaxnaşma Müsəddiqin devrilməsinə gətirib çıxardı:

“Çevrilişdən sonra şah Mohammad Reza Pahlavi hakimiyyətə gəldi və ölkəni uzun illər idarə etdi. Qeyd edilən hadisə İran İslam İnqilabı və bu günə qədər davam edən qarşıdurmanın, intiqam hissinin əsasını qoydu”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ