ABŞ Prezidenti Donald Tramp sülh prosesinə mane olmağa davam edərsə, Yəməndəki husilər Bab əl-Məndəb boğazını bağlaya biləcəklərini bildiriblər.
Turkustan.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
“Görünən odur ki, “Pandoranın qutusu” artıq açılıb. Bab əl-Məndəb boğazı böyük iqtisadi və strateji əhəmiyyətə malikdir.
Bu marşrut Avropadan Şərqi və Cənubi Asiyaya, həmçinin Avstraliyaya gedən dəniz ticarət yolunun əsas hissəsidir”, – deyə bildirilib.
Qeyd edək ki, “Pandoranın qutusu açıldı” – kiçik bir hadisənin gözlənilməz böyük problem və xaosa yol açması deməkdir./Globalinfo.az