Azərbaycandan göndərilən humanitar yardım karvanı sərhəddən keçərək İrana yola salınıb.
Turkustan.az-ın bölgə müxbirinin məlumatına görə, İrana göndərilən üçüncü humanitar yardım karvanı "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.
Yük avtomobilləri sərhəd-buraxılış məntəqəsində müvafiq gömrük prosedur qaydalarını keçdikdən sonra humanitar yardım karvanının İran İslam Respublikasına keçidi təmin olunub. APA
Humanitar yardımın 10 yük avtomobili (TIR) vasitəsilə göndərilib.




















