İran Trampa meydan oxudu: Əgər cəsarətin çatırsa...


ABŞ, İsrail və İran arasında davam edən münaqişə 17-ci gününə intensiv hücumlarla daxil olub.

Turkustan.az xəbər verir ki, hər iki tərəfin ardıcıl açıqlamaları isə regionda gərginliyi daha da artırıb.

İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) sözçüsü, briqada generalı Əli Məhəmməd Naini ABŞ və İsraillə müharibə fonunda Hörmüz boğazındakı vəziyyət, İranın dəniz qüvvələri ilə bağlı iddialar və hərbi əməliyyatlar barədə açıqlamalar verib.

Naini bildirib ki, İİKK-nın Hərbi Dəniz Qüvvələri düşmənin dənizdən həyata keçirdiyi hücumlara cavab vermək vəzifəsini daşıyır. Onun sözlərinə görə, düşmənin hərbi bazaları və döyüş gəmiləri hava qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilən raket və pilotsuz uçuş aparatı əməliyyatları ilə hədəfə alınır.

Naini həmçinin ABŞ prezidenti Donald Trumpın İranın dəniz gücünün məhv edildiyi barədə açıqlamasına münasibət bildirib:
“Tramp İranın dəniz gücünü məhv etdiklərini demirmi? Onda cəsarəti çatırsa, qoy gəmilərini Fars körfəzinə gətirsin.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ