Ukrayna İranın kamikadze dronlarına qarşı müdafiə mövzusunda təcrübəsini öyrənmək istəyən Yaxın Şərq ölkələrinə kömək etməsinin qarşılığında pul və texnologiya almaq istəyir.
Turkustan.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bəyanat yayıb.
O bildirib ki, üç mütəxəssis komandası ekspert qiymətləndirmələri aparması və dron müdafiə sistemlərinin necə işləməli olduğunu göstərməsi üçün Yaxın Şərqə göndərilib.
“Bu, əməliyyatlarda iştirak etmək demək deyil. Biz İran ilə müharibə vəziyyətində deyilik,” - deyə Zelenski söyləyib.
Ukrayna lideri vurğulayıb ki, Körfəz ölkələri ilə daha uzunmüddətli dron razılaşmaları müzakirə oluna bilər və Ukraynanın bu yardımın qarşılığında nə əldə edəcəyi hələ müzakirə edilməlidir.
“Bu gün bizim üçün həm texnologiya, həm də maliyyə vacibdir,” - deyə o qeyd edib./publika.az