Axios: ABŞ–İran Cenevrə danışıqları müsbət keçdi


ABŞ mediası ABŞ və İran arasında İsveçrənin Cenevrə şəhərində keçirilən nüvə danışıqlarının "müsbət" keçdiyini bildirib.

Turkustan.az xəbər verir ki, adı açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmisi Amerika xəbər platforması Axios-a danışaraq Cenevrə danışıqlarını qiymətləndirib.

Rəsmi şəxs ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak etdiyi danışıqların "müsbət" olduğunu, lakin əlavə təfərrüatlar vermədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ