SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ oldu


Türkiyədə güclü zəlzələ qeydə alınıb.

Turkustan.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, yerli vaxtla saat 12:59-da baş verən zəlzələnin maqnitudası 5,4 olub. Yeraltı təkanların episentri Kütahyanın Simav rayonunda, 8 kilometr dərinlikdə müəyyən edilib.

Zəlzələ İstanbul, İzmir və Bursa şəhərlərində də hiss olunub./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ