Hizbullah: Silahları yerə qoymayacağıq


Hizbullahın baş katibi Nəim Qasim Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın ölümünün ildönümü ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Qasim Livan hökumətinin qeyri-dövlət qruplarından silah toplamaq qərarına münasibətini bir daha təkrar edərək, onların silahlarını yerə qoymayacaqlarını bildirib.

Taif razılaşmasının həyata keçirilməsini tələb edən Hizbullah baş katibi ölkənin işğaldan azad edilməsini istəyib.

İsrailə qarşı eyni səngərdə birləşməyin lazım olduğunu vurğulayan Kasım, milli birliyə bağlı olduqlarını bildirib.

Hizbullahın baş katibi həmçinin parlament seçkilərinin qanuna uyğun keçirilməsini tələb edib.

Hökumətin yenidənqurma kimi vəzifələrinə diqqət yetirməli olduğunu deyən Naim Kasım, əhəmiyyətsiz məsələlərə vaxt itirməmək lazım olduğunu sözlərinə əlavə etdi.

Kasım, İsrailin təcavüzü davam etdiyi müddətcə suverenliyin olmadığını, hökumətin milli suverenliyi əsas gündəm etməli olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ