İraqdan Netanyahuya REAKSİYA: Bu İraqa hücum sayılır!


İraqın xarici işlər naziri Fuad Hüseyn İsrailin baş naziri Benyamin Netanyahunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında "İraqdakı milis qruplarının liderlərini məhv edəcəyi" ilə hədələdiyi bəyanatlarına reaksiya verib.

Turkustan.az xəbər verir ki, İraqın rəsmi xəbər agentliyi İNA-nın verdiyi məlumata görə, Hüseyn Netanyahunun açıqlamalarına işarə edərək, Bağdadın suverenliyi və vətəndaşlarının təhlükəsizliyini hədəf alan hər hansı təhdidi rədd etdiyini bildirib.

Hüseyn deyib: "İraqlılara edilən hücum bütün İraqa hücum hesab olunur".

İsrailin baş naziri Binyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iştirakçılarının etirazı ilə qarşılanan sessiyasındakı çıxışında, İsrailə hücum olacağı təqdirdə İraqdakı (şiə) milis liderlərinin aradan qaldırılacağını, Təl-Əvivin bu silahlıların qarşısını almağa müvəffəq olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ