ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Binyamin Netanyahuya Qəzzada iki ildir davam edən müharibəyə son qoymaq üçün razılığın əldə edilməli olduğunu deyib.
Turkustan.az xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərlərə görə, Trampın Qəzzada qalıcı sülhə nail olmaq üçün 21 maddəlik planının İsrail dövlət televiziyası KAN tərəfindən gündəmə gətirildiyi bildirilir. Xəbərdə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin Nyu Yorkda Netanyahu ilə görüşdüyü bildirilib.
Görüşün Netanyahu və Tramp arasında sentyabrın 29-da keçiriləcək sammitə hazırlıq rolunu oynadığı, həmçinin İsrailin plana dəyişiklik edilməsi ilə bağlı tələblərinin müzakirə edildiyi bildirilir. Məlumata görə, Witkoff və Kushner Netanyahuya " Qəzzada müharibəni bitirməyin vaxtıdır" desələr də, Netanyahu və İsrailin strateji işlər naziri Ron Dermer planın bəzi müddəalarına etiraz ediblər. Digər bir İsrail rəsmisinin sözlərinə görə, KAN atəşkəs əldə edildikdən sonra hərbi əməliyyatların bərpası ehtimalının çox aşağı olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az