Ukrayna ordusu Donetsk vilayətində Rusiya müdafiəsinə doğru 3-7 kilometr arasında irəliləyib. Dobropol istiqamətində əməliyyat zamanı ukraynalı müdafiəçilər yeddi yaşayış məntəqəsini azad edə bilib. Rusiya ordusu xeyli itki verib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Teleqram hesabında məlumat yayıb.
"Yeddi yaşayış məntəqəsində nəzarət bərpa edilib, doqquzu düşmənin diversiya və kəşfiyyat qruplarından təmizlənib", - Sırski əlavə edib.
Onun sözlərinə görə, əməliyyat zamanı ümumilikdə 160 kvadrat kilometr ərazi azad edilib, daha 171 kvadrat kilometr ərazi düşmən diversantlarından təmizlənib.
Sırski bildirib ki, bu müddət ərzində Rusiyanın 1322 hərbçisi həlak olub. Rusiya ordusu 817 ədəd silah və hərbi texnika itirib, o cümlədən 12 tank, 37 zirehli döyüş maşını, 162 artilleriya sistemi, 5 yaylım atəşli reaktiv sistem məhv edilib.
Qeyd edək ki, Zelenski ötən gün 7 yaşayış məntəqəsinin azad edildiyini elan etmişdi. /bakivaxti.az/