Tramp Ərdoğanla görüşəcək


ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, o, müvafiq mesajı "Truth Social"da yayımlayıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə salamlamaqdan məmnunam. Prezident və mən çoxsaylı ticarət və müdafiə sazişləri üzərində işləyirik, o cümlədən böyük "Boeing" təyyarəsi alqı-satqısı, böyük "F-16" müqaviləsi və "F-35" ilə bağlı danışıqları davam etdiririk. Bu danışıqların müsbət nəticələnməsini gözləyirik", - Tramp yazıb.

O, Ərdoğanla münasibətlərini "yaxşı" adlandırıb. /Oxu.az/


MANŞET XƏBƏRLƏRİ