Zelenski: "Ukrayna istehsal etdiyi silahların satışına başlayacaq"


“Ukraynada silah istehsalı üçün maliyyə çatışmazlığı cəbhədə lazım olandan daha çox miqdarda olan Ukrayna silahlarının müəyyən növlərinin ixracı hesabına ödəniləcək.”

Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Ordumuzun ilin sonuna qədər ehtiyac duyduğu aydın həcmlər var. O cümlədən gələn il üçün ehtiyacımız olan və kifayət qədər gücümüzü qorumaq və saxlamaq üçün ehtiyatımızda nə olmalıdırsa hamısı var. Bu ildən başlayaraq, silah istehsalının maliyyələşdirilməsində kəsirimiz qismən silahlarımızın müəyyən növlərinin idarə olunan ixracı hesabına ödəniləcək.", - Zelenski qeyd edib.

Zelenski satışı nəzərdə tutulan silahlara dəniz dronlarını, həmçinin tank əleyhinə silahları və bəzi digər növləri misal çəkib.


MANŞET XƏBƏRLƏRİ