Ukrayna hərbi bədheybətə çevrilir: bu gün elan etdiyi silah... - Foto


Ukraynanın müdafiə naziri Denis Şmıqal bəyan edib ki, Ukrayna yeni hərbi mərkəzə çevrilir - “Defence City” yaradılır. Artıq dünyanın hərbi sənaye kompleksinin 25 şirkəti Ukraynanın sürətlə hərbiləşdirilməsində iştirak edir. Yeni silahların istehsalına böyük sərmayələr yatırılır və həmin silahlar cəbhəyə göndərilir.

Turkustan.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

“Bu proses çoxdan başlayıb, amma Ukraynanın yeni formalaşmış hərbi sənaye kompleksinin icadlarını indi-indi görməyə başlayırıq.

Başqa sözlə, Ukrayna "hərbi monstr”a çevrilir və mütəmadi olaraq Ukrayna istehsalı olan yeni silahlar görəcəyik. Onlardan biri bu gün Lvovda silah sərgisində nümayiş etdirilib.

Şəkildə gördüyünüz “Toloka” sualtı dronu 5 tonluq partlayıcı maddə (!!!) daşıya bilən nəhəng dəniz pilotsuz aparatıdır”, - o qeyd edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ