Ağrı dağı ilə bağlı bu addımı atmasaq, Ankara... - Qriqoryan


Strateji tarazlığı təmin etmək üçün uzunmüddətli strategiya lazımdır.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Bizim strateji prioritetimiz sülhdür və sülhü əldə etdikdən sonra onu institutsionallaşdırmaq və gündəlik qayğı işinə çevirməkdir”, - qurum rəhbəri bildirib.

Ermənistanın dövlət sərhəd möhüründən Ağrı dağının təsvirinin çıxarılması qərarına toxunan Qriqoryan qeyd edib:

“ Bu, qonşuda (Türkiyədə) müxtəlif emosiyalar doğura bilər”.

Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşir. Bu, ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.


MANŞET XƏBƏRLƏRİ