İsrailin taleyi həll olunur: 60-dan çox lider toplandı


Liderlər İsrailin Qətərin paytaxtına endirdiyi zərbələrə rəsmi cavabı müzakirə etmək üçün Dohada toplaşırlar.

Turkustan.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalı məlumat yayıb.

“Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 57 və Ərəb Dövlətləri Liqasına üzv olan 22 ölkənin liderləri iştirak edəcək ”, – deyə bildirilib.

Sammitdə İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şehbaz Şərif və Malayziyanın Baş naziri Ənvər İbrahimin iştirak edəcəyi barədə məlumat təsdiqlənib.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Dohada Qəzza zolağında atəşkəs danışıqlarında iştirak edən HƏMAS nümayəndə heyətinə hücum edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ