Almaniya siyasətində Ukraynaya qoşun göndərilməsi məsələsi gündəmə gəlsə də, demək olar ki, bütün əsas siyasi partiyalar bu addıma qarşı çıxıblar.
Turkustan.az xəbər verir ki, Bundestaqda aparılan müzakirələrdə hökumətin koalisiyasında yer alan Sosial Demokrat Partiyası (SPD) bəyan edib ki, onlar yalnız bir şərtlə bu təşəbbüsə dəstək verə bilərlər – əgər ABŞ da eyni addımı atarsa.
SPD nümayəndələrinin sözlərinə görə, Almaniyanın təkbaşına Ukraynaya qoşun göndərməsi təhlükəli presedent yarada və NATO daxilində balansı poza bilər.
Xristian Demokrat Partiyasının lideri Fridrix Merz isə daha əvvəl Ukraynaya hərbi dəstəyin genişləndirilməsini istisna etməmişdi. Lakin hüquqşünasların izah etdiyi kimi, Almaniya kansleri və ya hökumət rəhbəri Bundestagın rəsmi təsdiqi olmadan ölkə ordusunu xarici əməliyyatlara göndərə bilməz. /Globalinfo.az/